Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var + FOTOLAR

Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralılar var + FOTOLAR

Lənkəran şəhərində ağır yol qəzasında ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

 

Sfera.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində Lənkəran şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərova Sevinc Ağamehdi qızı vəfat edib.

 

Səfərova Sevincin oğlu, 2002-ci il təvəllüdlü Səfərli Şəkər Samir oğlu isə ağır xəsarət alıb. Üçüncü yaralı, Lənkəran rayon Digah kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Akşin Manaf oğlunun vəziyyəti isə kafidir.

 

***

00:22

 

Lənkəran şəhərində iki avtomobil toqquşub, ölən və yaralılar var.

 

Sfera.az xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində baş verib.

 

Belə ki, “Tofaş” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

 

Yaralılardan biri hadisə yerində dünyasını dəyişib.

 

Digər yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.(Report)


OXŞAR XƏBƏRLƏR