Logo

Beynəlxalq Bankın rəhbərliyində daha bir dəyişiklik

Beynəlxalq Bankın rəhbərliyində daha bir dəyişiklik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rəşad Qasımov Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibatlıq və büdcə departamentinin rəhbəri vəzifəsini tərk edib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bu, R.Qasımovun dekabrın 24-dən "İnter" (Bakı) futbol klubunun Müşahidə Şurasının iclasında klubun prezidenti seçilməsi ilə əlaqədardır.

Bankdan qeyd ediblər ki, Departamentin rəhbəri vəzifəsi hələ vakantdır: "Bu vəzifə inzibatidir və vəzifəyə təyinetmə Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiq edilməlidir. Buna görə də bu proses bir neçə gün davam edə bilər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR