“Yaralansaydı, silahı dinc əhaliyə tuşlayacaqdı…” – Elşad Hacıyev “Torqovı”dakı əməliyyatdan danışdı

“Yaralansaydı, silahı dinc əhaliyə tuşlayacaqdı…” – Elşad Hacıyev “Torqovı”dakı əməliyyatdan danışdı

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev martın 4-də hipermarketlərdən birində baş verən silahlı insidentlə bağlı bəzi açıqlamalar verib.

 

Sfera.az xəbər verir ki, "Xəbərertəsi" verilişinə qonaq olan DİN rəsmisi basqının çox peşəkar şəkildə təşkil edildiyini, hətta silahlı şəxslərin təhlükəsizlik kameralarını belə əvvəldən nəzərə aldığını bildirib:

 

“Bu cinayətlə bağlı əməliyyat-istintaq işinə toxunmadan ümumi olaraq bildirim ki, cinayət çox yaxşı təşkil edilib. Qabaqcadan hazırlanan, bir neçə şəxs tərəfindən planlaşdırılan cinayət idi ki, o ünvana gedilib bu hadisə törədilsin.

 

Nəticədə oradan külli miqdarda vəsait talanmalı idi. Gəlin baxaq, o cinayətkarlar həmin informasiya-kommunikasiya vasitələrini də nəzərə almışdılar. Bilirdilər ki, harada kameralar var. Amma onların nəzərə almadıqları bir çox cəhətlər var idi ki, onlar ondan məlumatsız idilər. Əvvəl cinayəti törədənlərin şəxsiyyəti müəyyən edildi. Onlar hansı ünvana gedə bilər o ünvanlar nəzarətə götürüldü”.

 

Xatırladaq ki, 3 gün əvvəl Xətai rayonunda yerləşən hipermarketlərdən birində silahlı basqın edilib. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları hipermarketdə bank əməkdaşlarına hücum edərək ərazidən uzaqlaşan şəxslərə qarşı əməliyyat keçirib.

 

Şəxslərin yeri müəyyən ediləndə onlar polisə odlu silahdan atəş açmağa başlayıblar. Avtomat silahı ilə polisə müqavimət göstərən, 22 yaşlı Ruhlan İsmayılov zərərsizləşdirilərək məhv edilib. Bir nəfər isə saxlanıb. İstintaq sirri olduğu üçün hələlik onun adı açıqlanmır.

 

Ətraflı videoda:

 

 


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək

Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar gətirəcək.     Sfera.az bildirir ki, APA-nın İstanbul...

Xankəndi zirvə görüşü qalib dövlətin dünyaya yenidən təqdimatıdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşünü izlədikcə, bir daha fərqinə varırsan ki, 44 günlük Vətən müharibəsində əldə etd...

Maqnit qasırğaları olacaq - Təhlükəli günlər AÇIQLANDI

Yer yenidən bir sıra maqnit qasırğaları ilə əhatə olunacaq. Alimlərin fikrincə, yaxın günlərdə bəzi insanların səhhətinin pisləşməsinə səbəb ola biləcək geomaqn...

Mingəçevirdə avtobusun vurduğu qadın həyatını itirdi

Bir neçə gün öncə Mingəçevirdə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində 1972-ci il təvəllüdlü Mətanət Hacıyevanı Oğuz-Min...

Azərbaycanda neçə qadın hakim var?

Azərbaycanda hazırda 179 qadın hakim fəaliyyət göstərir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Məhkəmə-Hüquq...

Azərbaycanla Pakistan arasında memorandum imzalandı

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşü çərçivəsində Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə Azərbaycanla Paki...