Logo

"Azərbaycanda 8 orqan istintaq aparır” – Deputat məhkəmə-hüquq sistemini tənqid etdi

"Azərbaycanda 8 orqan istintaq aparır” – Deputat məhkəmə-hüquq sistemini tənqid etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanda ibtidai həbs müddəti üçün 1 il 9 ay uzun zamandır. Əgər kifayət qədər sübut toplanıbsa, istintaq nə üçün uzadılmalıdır?".

Sfera.az xəbər verir ki, bunu parlamentin plenar iclasında deputat Qüdrət Həsənquliyev deyib:

"Azərbaycanda 8 orqan istintaq aparır. Vahid istintaq komitəsi yaradılmalı, süründürməçiliyə son qoyulmalıdır. Andlı İclaslar İnistitutu bərpa edilməlidir, bunu əvvəl də müzakirə etmişik. Məhkəmələrdə ədalətli və qanunlara əsaslanan qərarlar qəbul etməlidir. Bunu isə Andlı İclaslı İnstitutlar həyata keçirməlidir. Eyni zamanda ombusdman mərkəzi icra hakimiyyəti orqanları ilə işləməlidir. Millli Məclis isə problemlərin həll olunduğu yer yox, səsləndirildiyi məkandır".

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva  illik məruzə ilə  çıxış edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR