Abşeron rayonunda abadlıq-təmizlik işləri davam etdrilir - FOTOLAR

Abşeron rayonunda abadlıq-təmizlik işləri davam etdrilir - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramının ilk çərşənbəsindən başlanan iməclik tədbirləri bayramın son günlərinə qədər hər həftənin şənbə və bazar günləri davam etdirilir. Abadlıq-təmizlik və ağacəkmə işlərində rayonun kənd-qəsəbə bələdiyyələri və inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri iştirak ediblər.

 

Bu tədbirlər çərçivədində Görədil kəndində Ağəli Məşədioğlu küçəsinə və Yeni Yaşayış Massivindəki küçələrə asfalt örtüyü çəkilmiş, küçə işıqlandırılması istiqamətində kabellər çəkilərək işıq dirəkləri bərkidilmişdir. Novxanı kəndində şəhid Xudayar Yusifzadə və Əzim Əzimzadə küçələri alfaltlanmış, kəndin qədim ərazilərində isə genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Güzdək qəsəbəsində küçə işıqlandırılması işlərinə başlanılmış, Pirəkəşkül qəsəbəsinin əsas prospekti tamamilə yenidən qurularaq asfaltlanmış, işıq dirəkləri və təhlükəsizlik kameraları quraşdırılmışdır. Qobu qəsəbəsinin yeni yaşayış massində kanalizasiya xətləri çəkilmiş, yağış sularının axıdılması üçün infrastruktur yaradılmışdır. Qəsəbənin daxili küçələrində, o cümlədən Qobu-Güzdək yolunda  gecə işıqlandırması təmin etmək məqsədi ilə kabel xətləri çəkilmiş və işıq dirəkləri bərkidilmişdir. Rayonun Saray qəsəbəsinin Mikayıl Müşfiq küçəsində 2 kilometr uzunluğunda su xəttinin yenilənməsi işlərinə başlanılıb, Həsən bəy Zərdabi küçəsində isə böyük ağacəkmə və abadlıq işləri həyata keçirilmişdir. Eləcə də Saray-Novxanı yolunda köhnə kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinə başlanılıb.

 

Abadlıq-təmizlik və ağacəkmə işləri çərçivəsində magistral yolların, küçə və prospektlərin, məhəllədaxili yolların və dalanların, yaşayış binalarının ətrafı tikinti və məişət tullantılarından təmizlənmiş, texniki vasitələrlə ərazidən uzaqlaşdırılmışdır. Bundan əlavə yaşıllıq sahələrində mövsümi işlər görülmüş, park və bağlarda ağaclara aqroqulluq göstərilib.


OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...