Azərbaycan 2023-cü ilin ilk aylarında kimləri itirdi? – Dünyasını dəyişən MƏŞHURLAR

Azərbaycan 2023-cü ilin ilk aylarında kimləri itirdi? – Dünyasını dəyişən MƏŞHURLAR

2023-cü  ilin iki ayı ərzində Azərbaycanın bir çox tanınmış tanınmış siması dünyasını dəyişib.

 

Sfera.az həmin məhşurların siyahısını təqdim edir:

 

Tünzalə Əliyeva - Azərbaycan Respublikasının Əməkdar artisti, “toppuş bacı” kimi tanınan aktrisa yanvarın 22-də xərçəng xəstəliyindən 49 yaşında vəfat etdi.

 

Tünzalə Əliyeva ilə bağlı ŞOK AÇIQLAMA: "Həkimlərə yalvardı ki..." - VİDEO  » Azerinfo.Az

 

Zeynəb Dostəliyeva – müğənni qaraciyər və böyrək problemləri səbəbindən fevralın 5-də xəstəxanada dünyasını dəyişib.

 

Zeynəb Dostəliyeva vəfat etdi

 

Ramiz Novruz – Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz da fevral ayında 68 yaşında dünya ilə vidalaşdı. O, mədə xərçəngindən müalicə olunurdu.

 

Ramiz Novruz vəfat etdi

 

Ellada Mustafyeva –  Fevralın son günü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ellada Mustafayeva da xərçəng xəstəliyinin qurbanı oldu. O, 35 yaşında xəstəliyin pəncəsindən xilas ola bilmədi.

 

Ellada Mustafayeva vəfat edib - Ayna.az

 

Hacı Şahin Həsənli – Mart ayının 2-də isə tanınmış ilahiyyatçı, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli vəfat edib. 48 yaşlı ilahiyyatçının ürəktutmasından dünyasını dəyişdiyi açıqlanıb.

 

SON DƏQİQƏ: Hacı Şahin Həsənli vəfat etdi Manset.az

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR