Azərbaycanın bu rayonlarında mehmanxana yoxdur - SİYAHI

Azərbaycanın bu rayonlarında mehmanxana yoxdur - SİYAHI

2022-ci ilin sonuna aid olan məlumata əsasən, Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 757 ədədə yüksəlib. 


Sfera.az xəbər verir ki, bu obyektlərin sayında 45 ədəd artım qeydə alınıb. 


Mehmanxana və mehmanxana tipli obyektlərin daha çox hissəsi Bakıda yerləşir. Paytaxtda 265 mehmanxana var. Son bir ildə Bakıda mehmanxanaların sayı 38 ədəd artıb. 


Ölkəmizdə Bakıdan sonra ən çox mehmanxana Xaçmaz rayonunda (57 ədəd), Masallı rayonunda (30 ədəd), Quba rayonunda (29 ədəd), Lənkəran şəhərində (26 ədəd), Qəbələ rayonunda (23 ədəd) yerləşir. 


Bəzi rayonlarda isə mehmanxana yoxdur. Həmin rayonlar arasında Samux, Siyəzən, Ucar, Hacıqabul və Neftçaladır.


Vasif


OXŞAR XƏBƏRLƏR