Azərbaycan-İran sərhədində insident: Qaça bilməyib özünü bıçaqladı - FOTO

Azərbaycan-İran sərhədində insident: Qaça bilməyib özünü bıçaqladı - FOTO

“Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 63 kiloqrama yaxın narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, martın 1-də saat “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan Ağsu rayon sakini Məmməd Manafovun üzərindəki bağlamaya baxış zamanı 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.

 

Martın 2-də Astaranın Alaşa kəndi yaxınlığında sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində sərhədi pozmaları müşahidə edilib. Ərazidən avtombillə uzaqlaşmağa cəhd edən Şirvan sakinləri Əli Əliyev, Arif Balayev və avtomobilin sürücüsü Kamal Mirzəyev saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb. Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. Ona dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

 

Martın 2-də Yardımlının Zevin kəndi yaxınlığında 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, Füzulinin Aşağı Yağlıvənd kəndi yaxınlığında 18 kiloqram 400 qram narkotik vasitənin, Astara şəhəri yaxınlığında 7 kiloqram 100 qram narkotik maddə marixuananın sərhəddən keçirilməsinin qarşısı alınıb.

 

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 







OXŞAR XƏBƏRLƏR

İcra başçısının qardaşı faciəli şəkildə öldü - FOTO

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.   Sfera.az Modern.az-a istinadən xəbər verir ki, icra başç...

“Land Rover”də narkotik AŞKARLANDI - FOTO

Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bil...

Bu müəllimlər 1000 manat CƏRİMƏLƏNƏCƏK

Ötən günlərdə Azərbaycan Tibb Universitetinin müəlimi Nazxanım Nəzirbəyin təhsil ocağının tələbələrinin fotosunu çəkməsi və üstəlik bunu sosial şəbəkədə paylaşa...

Almaniya Qazaxıstandan neft idxalını ARTIRACAQ - RAZILAŞMA

Almaniya Qazaxıstandan neft tədarükünü artırmağı xahiş edib.   Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, bununla bağlı məlumatı Qazaxıstan...

"Kimdə nə yoxdursa, ona meyilli olur..." - Psixoloqdan son günlərin trendi ilə bağlı AÇIQLAMA

Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngi...

Dünya çempionu 31 yaşında karyerasını BAŞA VURDU

Fransa millisi ilə dünya çempionatının qalibi olan Rafael Varan karyerasını başa vurub.   Sfera.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bu barədə rəsmi...