Hacı Surxay Hacı Şahinin vəfatından DANIŞDI: \"Axırıncı dəfə...\"

Hacı Surxay Hacı Şahinin vəfatından DANIŞDI: \

"Xəstəliyi haqda məlumat yox idi, mən də bilmirdim. Biz danışırdıq amma xəstəliyi haqda mənə nəsə deməyib”.

 

Sfera.az xəbər verir ki, bu sözləri AZXEBER.COM-a açıqlamasında din xadimi, ilahiyyatçı Hacı Surxay Məmmədli Hacı Şahin Həsənlinin vəfatı ilə bağlı danışarkən deyib.

 

O qeyd edib ki, Hacı Şahin ona hər zaman yaxşı olduğunu deyib:

 

"Hər dəfə danışanda deyirdi ki, çox yaxşıyam, pozitiv idi. Mən əsəbi olanda da o, pozitivlik ötürürdü. Həmişə də soruşanda deyirdi əlayam, şükürlər olsun. Yəni heç vaxt nəsə xəstəliyinin olması haqda danışmayıb. Biz neçə illərdir ki, efirlərdə bir yerdə olmuşuq, danışırdıq, söhbət edirdik. Amma heç vaxt belə bir şey ifadə etməyib”.

 

Hacı Surxay bildirib ki, Hacı Şahinlə 3-4 gün öncə danışıqları olub:

 

"Axırıncı dəfə 3-4 gün öncə danışığımız olmuşdu. Bizim də qohum xəstəxanada idi, rəhmətə getdi, onu dəfn etdik, onunla da bağlı tez-tez məndən məlumat alırdı. Danışdıq, bir az da kefimiz açıldı, dedik-güldük. Amma bir problem olduğunu deməmişdi”.

 

Qeyd edək ki, tanınmış din xadimi Hacı Şahin Həsənli ötən gecə dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilib.


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...