Logo

“Ətin qiyməti qalxmayıb, əksinə ucuzlaşıb” - Nazirlik

“Ətin qiyməti qalxmayıb, əksinə ucuzlaşıb” - Nazirlik
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İqtisadiyyat və Sənayə Nazirliyi ətin qiymətinin bahalaşması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Abbas Əliyev “Qafqazinfo”ya açıqlamasında bu cür məlumatların heç bir əsasının olmadığını vurğulayıb: “Hazırda ətin qiymətində heç bir bahalaşma yoxdur. Hətta ötən ilin müvafiq dövrü ilə olan qiymətlərə nəzər yetirsək görərik ki, ötən il pərakəndə satış yerlərində mal ətinin kilosu 7-8 manat arasında dəyişirdi. Bu il isə qiymət 6.50-8 manat təşkil edir. Qoyun ətinin qiyməti isə ötən il pərakəndə satış yerlərində 9-11 manat idisə, bu il isə 7-10 manat arasında dəyişir.

Bir neçə gündür Yeni İllə əlaqədar paytaxtda kənd təsərrüfatı mallarının yarmarkası keçirilir. Hazırda həmin yarmarkalarda ətin qiyməti 5.50-6 manata satılır. Digər pərakəndə satış məntəqələrində də apardığımız monitorinqlər zamanı məlum oldu ki, qiymət artımı yoxdur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR