“Azərsu” qənaət rejiminə keçib, Azərbaycanda su qıtlığı təhlükəsi var? - AÇIQLAMA

“Azərsu” qənaət rejiminə keçib, Azərbaycanda su qıtlığı təhlükəsi var? - AÇIQLAMA

Fevral ayından etibarən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Bakının Suraxanı, Sabunçu, Binəqədi rayonları, habelə Abşeron və digər ətraf ərazilərdə qrafik 14 saat əvəzinə 10 saata salınıb. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, bu qrafik 8 saata endirilib.Bu isə öz növbəsində istifadəçilərin narazaılığına səbəb olub. 

 

Maraqlıdır, “Azərsu” tərəfindən tətbiq edilən suya qənaət rejimi nə dərəcə effektivdir? Yeni sistem su ehtiyatlarına ciddi mənada təsir göstərə biləcəkmi?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev ölkədə bir sıra çaylarda su ehtiyatının azaldığını deyib:

 

"İqlim dəyişmələrinin təsiri nəticəsində son illərdə Samur çayında, eyni zamanda , Kür, Araz, Qanıx çaylarında su ehtiyyatları azalıb. Əlbəttə ki, bu da su təchizatında problemlər yaradır. Bu problemləri həm suvarmada, həm də içməli su təchizatında müşahidə edə bilirik. Samur çayında suyun azalması Bakı və Abşeron üçün götürülən su ehtiyatının azalmasına, “Taxtakörpü” su anbarının doldurulmasında çətinlik yaradıb. Suya qənaət məqsədilə fasilələrin tətbiq edilməsi tək bizim ölkədə deyil. Bu rejim Avropa ölkələrində də keçən il həyata keçirilib”. 


Müsahibimiz tədricən çaylarda sululuğun daha çox azalacağını qeyd edib:


“İqlim dəyişikliyi nəticəsində sululuğun azalması davam edə bilər. Ona görə də sudan daha səmərəli istifadə etmək lazımdır, çalışmaq lazımdır ki, su ehtiyatlarından məqsədyönlü istifadə edilsin ki, bu sahədə  problem yaranmasın”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Şahzadə Harri soyadını dəyişdirir: Dayısı hansı məsləhəti verib?

Şahzadə Harri fərqli bir soyad almağı düşünür. O, mərhum şahzadə Diananın qardaşı dayısı Çarlz Earl Spencer ilə məsləhətləşməyə qərar verib.   Sfera.az...

Tərk edilmiş kəndi bütünlüklə 310 min dollaraaldı: İdeyası çox maraqlıdır

İspaniyada, Portuqaliya ilə sərhəddə, təbiətin və bir vaxtlar canlı kəndin qoynunda bir daha uşaqların gülüşləri eşidiləcək. Amerikalı Ceyson Li Bekvit tərk edi...

Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.   Sfera.az xəbər verir ki, bu...

Görünüşünə görə ələ salınan kişi cavanlaşmaqla hər kəsi şoka saldı - FOTO

Müdirinin acı sözlərindən və sevgilisi ilə ayrılıqdan sonra yapon Aki özünü depressiyanın astanasında tapıb. Ancaq təslim olmaq əvəzinə, 10 il sonra onu məşhur ...

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir - FOTO

Mançesterdə yaşayan 29 yaşlı Karmen Davies nadir rastlanan genetik xəstəlik səbəbindən çətin həyat keçirir. Trimetilaminuriya (TMAU) adlanan bu pozğunluq onun b...

Oğlunun dəbdəbəli xərcləri baş naziri vəzifəsindən etdi - TƏFƏRRÜAT

Monqolustanın baş naziri oğluna görə istefa verib. Luvsannamsrain Oyun-Erdene oğlu ilə bağlı xəbərlərdən sonra qalmaqalın mərkəzində olub. Baş nazirin istefasın...