Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt reaksiya - VİDEO

Tanınmış jurnalistdən Həmkarlar İttifaqına sərt reaksiya - VİDEO

"Hər ay bütün işçilərin əmək haqqlarından həmin ittifaqa müəyyən miqdarda pul köçürülür."

 

Sfera.az xəbər verir ki, bu fikirləri tanınmış jurnalist Vüqar Vüqarlı  mədəniyyət işçiləri və onların həmkarlar komitəsini (Azərbaycan Mədəniyyət İşçiləri  Həmkarlar İttifaqının Respublika Komitəsi – red.) təndiq edərkən deyib.
 

V.Vüqarlı özünün “Instagram” hesabında bununla bağlı video müraciət yayımlayıb. 

 

“Adətən mədəniyyət sahəsində bir problem yaşananda iki istiqamətə yönəldilir, Heydər Əliyev Fonduna və ya Mədəniyyət Nazirliyinin birbaşa özünə. Əslində isə sayı 40 mindən çox olan mədəniyyət işçilərinin həmkarlar ittifaqı mövcuddur və hər ay bütün işçilərin əmək haqqlarından həmin ittifaqa müəyyən miqdarda pul köçürülür. Bəs, bu qurum nə işlə məşğuldur, qurumun rəhbəri kimdir? Bu pullar hara gedir, kimə gedir, bilinmir”. 
 

Jurnalist məsələ ilə bağlı müvafiq strukturlardan sözügedən komitəyə audit yoxlanışının təşkil edilməsini xahiş edib. 

Jurnalistin video müraciətin təqdim edirik:

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR