Müəllimləri 8 Martda belə təbrik edin! - Nazirdən valideynlərə ÇAĞIRIŞ

Müəllimləri 8 Martda belə təbrik edin! - Nazirdən valideynlərə ÇAĞIRIŞ

"8 Mart öncəsi müəllimlərə hədiyyə alınması ilə bağlı hallar iki yerə bölünür. Birinci, məcburetmə və külli miqdarda hədiyyə yığılmasıdır".

 

Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, belə olan halda valideynlər mütləq şəkildə şikayət etməlidirlər:

 

"O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Çox bahalı hədiyyə alınması və külli miqdarda pul yığılması müəllimə, məktəb idarəçiliyinə uyğun olan iş deyil. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu mədəni transformasiya yolu ilə dəyişməliyik.

 

Valideynlər müəllimlərə bahalı hədiyyə alıb, rüşvət verməkdən imtina etməlidirlər. Bundan utanmamalıdırlar. Müəllimləri maddi dəyəri böyük olmayan, lakin mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, müəllimlər də sevinər".(APA)


OXŞAR XƏBƏRLƏR

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçir...

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - ADLAR

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Bu barədə Sfera.az-a D...

Binəqədi rayonunda YANĞIN başlayıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində quru otluq sahədə yanğın baş verməsi barə...

Füzuli Hüseynova töhmət verildi - Əli Nurla davaya görə

Aktyor Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən azad edilib.   Bu barədə Sfera.az teatrın mətbuat xidmətindən bildir...