Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Qanunsuz ov edən şəxslər cəzalandırılıb - FOTO

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında, Kür çayının Mingəçevir şəhəri və Neftçala rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Sfera.az-a bildirib ki, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Arzu Abbasov, Mingəçevir şəhər sakinləri Oqtay Məmmədov, Arif Mustafayev, Neftçala rayon sakinləri Qabil Orucov və Zaman Əliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

 

“Ölkə ərazisində keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 980 metr uzunluğunda 11 ədəd sintetik tor yığışdırılıb”.

 

B.Məhəmmədov qeyd edib ki, eyni zamanda ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, İmişli rayon sakini Əfqan Məmmədov, Biləsuvar rayon sakini Rauf Həbiyev və Lənkəran rayon sakini İntizam Əliyev saxlanılıb:

 

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.”


OXŞAR XƏBƏRLƏR

Baş məşqçi millimizin finala yüksəlməsini belə şərh etdi

Hisslərimi sözlərlə ifadə edə bilmirəm. Azərbaycan xalqını ürəkdən təbrik edirəm.   Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan minifutbol millisi...

Cənubi Qafqazda sülh üçün çalışırıq - Yaşar Gülər

Türkiyə Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün çalışır.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İtaliy...

“Haribo”larda narkotik aşkarlandı: Bütün “Haribo”lar geri qaytarılır

Dünyanın ən böyük şirniyyat şirkətlərindən biri olan “Haribo”d məhsullarında narkotik qalmaqalı yaşanıb. Sfera.az bildirir ki, bütün dünyada sa...

Tramp: ABŞ tezliklə İranla razılaşma əldə edə bilər

ABŞ və İran yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı mübahisələri həll etmək üçün razılığa gələ bilər.   Sfera.az xəbərinə görə, bunu ABŞ Pre...

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçir...

Buraxılış imtahanında 17 şagird 300 bal topladı - ADLAR

Aprelin 20-də keçirilən 9 illik buraxılış imtahanında 17 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.   Bu barədə Sfera.az-a D...