İdxala güzəşt limiti azaldıla bilər - 300 dollardan...

İdxala güzəşt limiti azaldıla bilər - 300 dollardan...

Son illərdə fiziki şəxslər tərəfindən Azərbaycana idxalın həcminin artması müşahidə edilir. Bu artımlardan sonra 2022-ci ildə idxalın həcmi 1,423 milyard dollara çatıb. 


Sfera.az xəbər verir ki, fiziki şəxslər tərəfindən idxalın həcminin davamlı artması insanlarda elektron ticarət vərdişlərinin inkişaf etməsi ilə bağlıdır. Eyni zamanda fiziki şəxslər tərəfindən aparılan əməliyyatlara müəyyən vergi və gömrük güzəştlərinin verilməsi də bu kateqoriya üçün idxalı əlverişli edir. Qaydalara əsasən, fiziki şəxslər ay ərzində xaricdən 300 ABŞ dolları (510 manat) dəyərində idxal etdiyi mallar gömrük vergiləri və rüsumundan azaddır. Bu qədər malın idxalına ödənən pul yerli bazardan alınan malın dəyərindən az olduğundan fiziki şəxslərdə xaricdən mal sifarişinə marağı artırıb. 


Fiziki şəxslər tərəfindən idxalın artması hökuməti güzəşt limitini azaltmaq haqqında düşündürə bilər.

 

Xatırladaq ki, 2020-ci ildə güzəşt limiti 1000 dollardan 300 dollara endirilib. Amma 2020-ci ildən sonra da fiziki şəxslərin idxalı artmaqda davam edib. Artıq ölkəmizə idxal edilən hər 100 dollarlıq malın 10 dollarlıq hissəsini fiziki şəxslər gətirir. Bu səbəbdən ehtimal etmək olar ki, hökumət fiziki şəxslərin idxalına verilən güzəşt limitini bir qədər də kiçildəcək. Məsələn, hazırda MDB ölkələrində güzəşt limiti 100-200 dollar arasında dəyişir. 


Fiziki şəxslərin idxalının həcmində və onun ümumi idxaldakı payında illər üzrə müşahidə edilən dəyişikliklər aşağıdakı cədvəldə əks olunub. 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...