Azərbaycanlı gənc bu addımı ilə Türkiyədə gündəm oldu – FOTO

Azərbaycanlı gənc bu addımı ilə Türkiyədə gündəm oldu – FOTO

Musa Musazadə adlı azərbaycanlı gənc nümunəvi davranışı ilə Türkiyə mediasının diqqətini cəlb edib. 

 

Sfera.az İHA-ya istinadən bildirir ki, 26 yaşlı gəncin hesabına zəlzələ ilə bağlı olaraq səhvən 10 min lirə pul köçürülüb. Belə ki, o, 2018-ci ildə Qaziantep Universitetində təhsilini başa vurduqdan sonra İstanbulda məskunlaşsa da, sənədlərdə iqamətgahını dəyişməyib. Tələbəlik illərində yaşadığı binanın bu ayın əvvəlində baş verən dəhşətli zəlzələ zamanı uçması səbəbilə onun da hadisədən zərərçəkənlərdən biri olduğu hesab edilib. 


Məsələ ilə bağlı AFAD-a və yaşadığı ərazi üzə rayon qubernatorluğuna ərizə ilə müraciət edən M.Musazadə onları vəziyyətdən agah edib. Səlahiyyətlilər pulun 3 gün ərzində ondan geri alınacağını bildiriblər. Sultanbəyli rayon qubernatoru Kamal Şahin pulu geri qaytarmaq istədiyini deyən gəncə nümunəvi davranışına görə təşəkkür edib.

 

“Pul məndən geri alınmasa belə, çıxarıb AFAD-a bağışlayacağam. Mən bu puldan bir qəpik də xərcləyə bilmərəm. Bu pul orda yaralanan bacı-qardaşlarımızın haqqıdır. 4 il Qaziantepdə yaşamışam və oradakı insanlar mənə öz övladları kimi baxıblar”, - deyə M.Musazadə qeyd edib. 

Lalə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...