Logo

“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi, həbslər var - VİDEO

“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi, həbslər var - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) Bakı, Sumqayıt və Balakəndə silsilə əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, əməliyyatlar zamanı Elçin Hüseynov, Elmar Nəsibov, Məhəmməd Tağıyev, Murad Rüstəmov və Əli Qarayev tutularaq istintaqa təqdim ediliblər. Nəticədə Elçin Hüseynovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 2 daraq, 60 ədəd patron, Elmar Nəsirovdan 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi, Məhəmməd Tağıyevdən “Zəfər” markalı tapança, 7 ədəd patron, Murad Rüstəmovdan 1 ədəd “Kalaşnikov”  avtomatı, həmin silaha aid daraq, Əli Qarayevdən isə revolver tipli tapança, 3 ədəd patron və 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edilib.

Faktlarla əlaqədar cinayət işləri başlanılıb. Adçəkilən şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. İstintaq davam etdirilir.

“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi, həbslər var - VİDEO
“Bandotdel” 3 şəhərdə silsilə əməliyyat keçirdi, həbslər var - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR