Logo

Bakıda əməliyyatda “Şestoy Vüsal” SAXLANILDI - FOTOLAR

Bakıda əməliyyatda “Şestoy Vüsal” SAXLANILDI - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan şəxs tutulub, ondan silah götürülüb.

Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin keçirdiyi əməliyyat nəticəsində paytaxt sakini Vüsal Əliyev tutularaq istintaqa təqdim edilib. Ondan 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd patron və həmin silaha məxsus 1 ədəd daraq aşkar edilib. V. Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həbs edilən Vüsal Əliyev kriminal dairələrdə “Şestoy Vüsal” adı ilə tanınıb. Onun Binəqədi və Nəsimi rayonlarının müəyyən hissələrində nüfuz sahibi olduğu bildirilir.

Bakıda əməliyyatda “Şestoy Vüsal” SAXLANILDI - FOTOLAR
Bakıda əməliyyatda “Şestoy Vüsal” SAXLANILDI - FOTOLAR
Bakıda əməliyyatda “Şestoy Vüsal” SAXLANILDI - FOTOLAR

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR