Logo

Azərbaycandakı hərbi atteşelər ADA Universitetində olublar - FOTO

Azərbaycandakı hərbi atteşelər ADA Universitetində olublar - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin ADA Universitetinə səfəri təşkil olunub.

Bu barədə Sfera.az-a nazirlikdən məlumat verilib.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlara universitetin tarixi, inkişaf mərhələləri, missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.

Tədbirdə çıxış edənlər ADA-da tədris olunan fakültələr və ixtisaslar barədə danışıblar.

Hərbi atteşeləri maraqlandıran suallar universitet nümayəndələri tərəfindən cavablandırılıb.

Qonaqlar ziyarətin yüksək səviyyədə təşkil olunmasına görə ADA Universiteti və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR