Logo

Zaqatalada itlər zəhərləndirilərək öldürülür - DİN-dən AÇIQLAMA

Zaqatalada itlər zəhərləndirilərək öldürülür - DİN-dən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalada itlərin zəhərləndirilərək öldürülməsi ilə bağlı araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Sfera.az-a bildirib ki, Zaqatala rayonunda itlərin kütləvi zəhərlənməsi ilə bağlı polis şöbəsinə daxil olmuş məlumat, eləcə də sosial şəbəkələrdə yayılan videogörüntülər əsasında rayon polis şöbəsində araşdırmalara başlanılıb.

"Baytar həkimin iştirakı ilə itlərdən nümunələr götürülərək yoxlanılması üçün laboratoriyaya göndərilib. Hazırda faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırmalar davam etdirilir", - qurumdan bildirilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR