Logo

"Qarabağ"ın qolu həftənin ən yaxşıları sırasına düşdü - VİDEO

"Qarabağ"ın qolu həftənin ən yaxşıları sırasına düşdü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.

Sfera.az "Report"a istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın futbolçusu Leandro Andradenin Bakıda Belçikanın "Gent" klubuna vurduğu dəqiq zərbəsi də yer alıb.

Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması fevralın 23-də gerçəkləşəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR