Sumqayıtın bir hissəsini susuz qaldı - SƏBƏB

Sumqayıtın bir hissəsini susuz qaldı - SƏBƏB

Magistral xətdə baş verən qəza Sumqayıtın bir hissəsini susuz qoyub.

 

Sfera.az xəbər verir ki, Ceyranbatan su anbarında Sumqayıt şəhərinə gələn 600 mm-lik magistral su xəttinin Yaşıldərə yaşayış massivindən keçən hissəsində qəza baş verib.

 

Qəza ilə əlaqədar Sumqayıt şəhərində 1-ci mikrorayonun bir hissəsi, 2, 4, 5, 6, 11, 12, 13, 17-ci mikrorayonlarda, 5, 9, 34 və 45-ci məhəllələrə verilən içməli suyun verilişi dayandırılıb.

 

Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa ediləcək.


OXŞAR XƏBƏRLƏR