Mehriban Əliyeva Kəramət Böyükçölün atasına mənzil hədiyyə etdi

Cəmiyyət
20:25 / 14.02.2023
17483
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva şair, publisist Qəşəm Nəcəfzadəyə ev hədiyyə edib.
Sfera.az xəbər verir ki, bu barədə Qəşəm Nəcəfzadə özünün feysbuk hesabında paylaşım edib.
Şair qeyd edib ki, ona bağışlanan ev Bakı şəhərindədir.
Q.Nəcəfzadə bu diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib.