Logo

“Park Azure”da qanun pozuntusu: Araşdırma başlanıldı - VİDEO

“Park Azure”da qanun pozuntusu: Araşdırma başlanıldı - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində tikinti və yanğın təhlükəsizliyi normalarına riayət olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu barədə Sfera.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsi, 27A ünvanında yerləşən “Park Azure” kompleksində istismarda olan çoxmərtəbəli yaşayış binasının qeyri-yaşayış təyinatlı mərtəbələrində tikinti və yanğın təhlükəsizliyi normaları pozulmaqla yenidənqurma işlərinin aparılması haqqında bina sakinlərindən müraciət daxil olub.

Daxil olmuş müraciət əsasında aparılmış qanunsuz yenidənqurma işləri dayandırılaraq, bu işlərin binanın dayanıqlığına, möhkəmliyinə və yanğın təhlükəsizliyinə təsiri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq İdarəsi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən araşdırmalara başlanılıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR