Logo

Daha iki rayona qaz verildi

Daha iki rayona qaz verildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Beyləqan rayonunun daha 2 kəndinə ilk dəfə təbii qaz verilib.

Sfera.az xəbər verir ki, bu barədə Trend SOCAR-ın saytına istinadən xəbər verir.

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu gün Beyləqan rayonunun Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinə ilk dəfə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş mərasimdə rayon icra hakimiyyətinin və "Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə 524 abonenti olan Aşıqalılar və Yuxarı Çəmənli kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 12591 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR