Türkiyə üçün yardım kampaniyası davam edir - FOTOREPORTAJ

Türkiyə üçün yardım kampaniyası davam edir - FOTOREPORTAJ

Artıq iki gündür ki, paytaxtda Türkiyədə baş vermiş şiddətli zəlzələdə zərərçəkənlərə yardım toplanır.

 

Ötən gün insanlar yardımı çatdırmaq üçün Babək prospektinə üz tutsalar da, Türkiyə Səfirliyinin xəbərdalığından sonra hazırda humanitar yardımlar əsasən Əl Oyunları sarayına çatdırılır.

 

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

Faciə nəticəsində 8574 nəfər həlak olub.

 

Sfera.az Türkiyəyə dəstək məqsədi üçün insanların üz tutduğu yardım məntəqələrindən fotoları təqdim edir:

 

Fotolar: Anar Bayramlı


OXŞAR XƏBƏRLƏR