Ev pişikləri bizi zəlzələdən xəbərdar edə bilərmi? – Psixoloqdan açıqlama

Ev pişikləri bizi zəlzələdən xəbərdar edə bilərmi? – Psixoloqdan açıqlama

Bir neçə gün öncə Türkiyədə baş vermiş dəhşətli zəlzələ ölkəmizdə də təhlükə xofu yaradıb. Əksər insanlar baş vermiş fəlakətin bizim ölkədə də təkrarlanacağından narahatlıq keçirir.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Aytən Ələkbərova zəlzələ ilə bağlı narahatlığın zamanla ruhi pozuntuya yol aça biləcəyini deyib:

 

 

“Bütün xəstəliklərin başında qorxu dayanır. Qorxu və təşvişin nəticəsində nervoloji və psixoloji problemlər meydana çıxır. Bu kimi hallara vaxtında müdaxilə olunmayanda fəsadlar get-gedə böyüməyə başlayır. Lakin qonşu ölkədə zəlzələnin olması o demək deyil ki, eyni hadisə bizdə də yaşanacaq”.

 

Psixoloq bəzilərinin heyvanların davranışlarını izləyərək panikada olduğunu deyib:

 

“Ən yaxın Şərq ölkələrinin tarixini və coğrafiyasını dərindən öyrənmişəm. Coğrafiyanı dərin bildiyimə görə deyə bilirəm ki, bizim torpaqlarımızda qoruma var. Ümidvaram ki, belə zəlzələlər bizdə olmayacaq. İnsanlar informativ stressi özlərinə çəkib neqativ enerjini qəbul etməsinlər. Bu gün seanslarda bir neçə nəfər mənə evində saxladığı pişiyi nəzarətdə saxladığını deyib. Onlar düşünür ki, itin ulaması, pişiyin narahatlığı zəlzələdən xəbər verə bilər. Deməli, artıq insanlarda bu qorxu yaranıb ki, ev heyvanlarına belə yanaşırlar”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub.   Sfera.az xəbər verir ki, Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımk...

Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayışda ölənlərlə əlaqədar İrana başsağlığı veri...

Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİAÇIQLANDI ƏƏ

Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.   Sfera.az xəbər verir ki, TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq verilən məlum...

MM sədri kim olacaq? - İki əsas namizəd

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.   Sfera.az Yenisabah.az-a istinadən xəbər verir ki, qüvvədə olan qa...

Azərbaycan gimnastları Portuqaliyada 4-cü qızıl medalı əldə ediblər

Azərbaycan idmançıları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən akrobatika gimnastikası üzrə dünya çempionatında 4-cü qızıl medalı aktivinə yazdırıblar. ...

Həddindən artıq qəhvə içmək nələrə səbəb olur?

Araşdırmalara görə, həddindən artıq qəhvə istehlakı beynin xroniki yuxu çatışmazlığından sağalma qabiliyyətinə mənfi təsir göstərə bilər. Kofein yuxululuq hissi...