Əfv Komissiyasının növbəti iclası keçirildi
Kateqoriya məlum deyil
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Sfera.az APA-ya istinadən xəbər verir ki, iclasda əfvlə bağlı 100-dən çox müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib.
Komissiyanın indiyədək keçirilən iclaslarında 800-dək müraciətə baxılıb.
Qeyd edək ki, Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.






