Logo

FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı - FOTOLAR

FHN-in xilasediciləri 3 nəfəri dağıntılar altından sağ çıxardı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ baş vermiş bölgədə 3 nəfəri dağıntılar altından sağ çıxarıb, habelə 10 nəfərin cəsədini çıxarıblar.

Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Məlumatda xatırladılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədədir.

FHN-in xilasediciləri qardaş ölkədə zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3 nəfəri sağ, 10 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR