Logo

"Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günü başa çatdı - FOTOLAR

"Gənc Liderlər üçün Qış Universiteti"nin dördüncü günü başa çatdı - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə Naftalan şəhərində baş tutan "Gənc Liderlər üçün Qış Universiteti"nin növbəti mövsümü davam edir. Layihənin məqsədi gənc liderlər və ictimai fəalların üzə çıxarılması, onların intellektual inkişafına nail olunması, dünyagörüşünün artırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

"Qış Universiteti"nin dördüncü günündə “Axtar, tap” oyunu təşkil olunub. Layihə iştirakçıları Naftalan şəhər Heydər Əliyev Parkında hazırlanmış məntiqi suallara cavab taparaq birincilik uğrunda mübarizə aparıblar. Komandaların nəticələrinə əsasən, “Beta” birinci, “Alfa” ikinci, “Qamma” isə üçüncü yer tutub.

Gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə “Consensus Intellectual Center”in rəhbəri Azad Manaflının moderatorluğu ilə “Nə? Harada? Nə zaman?” intellektual yarışı baş tutub. Nəticələrə əsasən, “Qamma” birinci, “Beta” ikinci, “Delta” və “Alfa” isə eyni nəticə ilə üçüncü yer tutub.

Günün irəliləyən saatlarında Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı ilə layihə iştirakçıları arasında “Açıq mikrofon” adlı səmimi görüş baş tutub. Görüş zamanı gənclərin fikir və təklifləri dinlənilib, çoxsaylı sualları cavablandırılıb.

Günün sonunda DJ-in müşayiəti ilə gənclərin zövqünü oxşayan mahnıların sədası altında əyləncəli anlar yaşanıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR