Türkiyədə yenə zəlzələ baş verdi – Bu dəfə...

12:36 / 07.02.2023
16313
Türkiyənin şərqində yenidən 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Sfera.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, zəlzələnin gücünün əvvəl 5,4 bal gücündə olduğu bildirilsə də, sonradan bu rəqəm artıb.
Titrəyişlər səhər saatlarında Malatya şəhərindən 34 kilometr cənub-şərqdə qeydə alınıb. Ocaq 46 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra 4,2 və 3,3 bal gücündə daha iki zəlzələ baş verib.
Qeyd edək ki, ötən gün Türkiyənin cənub-şərqində 7,7 bal gücündə zəlzələ baş verib və bu, 1939-cu ildən bəri Türkiyədə baş vermiş ən güclü zəlzələ sayılır. Zəlzələ nəticəsində ölənlərin sayı 3381 nəfərə çatıb, 20436 nəfər yaralanıb.
Əzizə