Logo

“Qarabağ müharibəsi Orta Asiyaya da gedib çıxacaq” – 2016-cı il gözləntisi

“Qarabağ müharibəsi Orta Asiyaya da gedib çıxacaq” – 2016-cı il gözləntisi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2016-cı ilin yanvar ayında Dağlıq Qarabağda müharibə başlaya bilər.

Publika.az 
xəbər verir ki, “Arqumenti.ru” saytının ötən həftə yazdığı xəbərə görə, Qarabağ münaqişəsi ətrafında vəziyyət ağırlaşır: “Praktiki olaraq hər gün Ermənistan və Azərbaycan KİV-lərində siyasətçilər atəşkəsin pozulması haqda danışırlar. Eyni zamanda, qurbanlar haqda məlumatlar yayılır. Ermənistan prezidenti Serj Sarkisyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən iclasında bildirdi ki, İrəvan və Bakı arasında müharibə istənilən vaxt başlana bilər. O, Rusiyaya KTMT-nin Nizamnaməsini xatırlatdı və müharibə olacağı halda dəstək gözlədiklərini dilə gətirdi”.

Rusiyanın hərbi-diplomatik mənbələrindən sayta bildirilib ki, hazırda Qarabağ münaqişəsində gərginliyi aradan qaldırmaq üçün iki plan var: “Birinci variantı ABŞ və Fransa təklif etdi. Bu, ATƏT-in nümayəndələrini artırmaq və ərazinin müşahidəsini texniki vasitələrlə aparmaqdan ibarətdir. Rusiya isə hesab edir ki, bu kömək etməyəcək və təklif edirik ki, sülhməramlıların regiona daxil edilməsi prosesi başlasın. Lakin Bakı buna qəti şəkildə etiraz edir”.

Xüsusilə prezidentlərin Bern görüşündən sonra cəbhədə gərginliyin artması müharibə ehtimallarının güclənməsinə əsas yaradıb.

Bununla bağlı Publika.az-a danışan keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin direktor müavini Arzu Nağıyev bildirib ki, prezidentlərin görüşündən əvvəl də cəbhədə sakitlik yox idi: “Cənab İlham Əliyev Bern görüşünə heç getməyə də bilərdi. Lakin humanist addım və beynəlxalq norma və prinsiplərə hörmət olaraq, həmin görüş baş tutdu. Görüşdə Azərbaycan bir daha öz mövqeyini ortaya qoydu”.

Ekspert əlavə edib ki, Azərbaycan-Ermənistan qarşıdurmasını istər hərbi yolla, istərsə də sülh yolu ilə həll etmək olardı: “Lakin ən yaxşı müharibədənsə, sülh daha önəmlidir. Təbii ki, beynəlxalq normalar nəzərə alınmalıdır. İlk növbədə münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır”.

A. Nağıyev qeyd edib ki, müharibənin başlanması məsələsini əsasən Rusiya gündəmə gətirir.

“Məqsədi də regionda nüfuz məsələsini qabartmaqla Ermənistanla tərəfdaş və müttəfiq olduğunu göstərməkdir”, - deyə o bildirib.

Son günlər diqqət çəkən məqamlardan biri də Rusiya və Qərbin Qarabağ məsələsində bir-birini eyni arqumentlərlə ittiham etməsidir.
Rusiya mediası yazır ki, Qərb Qarabağda müharibəni başlatmaqla Moskvanın diqqətini Suriyadan yayındırmaq istəyir.

Təxminən eyni fikirlər Qərb mediasında da keçir. Onlar da iddia edir ki, Rusiya Qarabağda müharibəni başlatmaqla Qərbin diqqətini Yaxın Şərqdən yayındırmaq istəyir.

Hər iki tərəf bir-birini ittiham etsə də, bütün fikirlərin ana xəttində müharibə ehtimalı var.

A. Nağıyev isə hesab edir ki, nə Rusiyanın, nə də Qərbin müharibəni başlamaq fikri var və bu məsələ danışıqlardan o yana keçməyəcək: “Çünki bu müharibə başlasa, tək Azərbaycan Ermənistan deyil, regional müharibə olacaq. Hətta bunun bir hissəsi Orta Asiyaya da gedib çıxacaq. Əsası olan isə budur ki, Rusiya buna tab gətirə bilməz. Sadəcə olaraq, neftin qiymətinə təsir edə bilər. Təsəvvür edin, Ukrayna, Türkiyə, Suriya və s. cəbhələrdə sanksiyalarla üzləşən Rusiya necə müharibə apara bilər?!”

Ekspert qeyd edib ki, meqalayihələrdə marağı olan Qərb də müharibəyə imkan verməz.

“Yəni Dağlıq Qarabağ münaqişəsi səbəb yox, bəhanə ola bilər. Çünki bu gün Türkiyə Azərbaycanla bir yerdə olması haqqında bəyanatlar verir, NATO ilə Rusiya arasında gərginlik var, Ermənistan KTMT-nin üzvüdür. Yəni bir sözlə müharibə başlasa, heç bir tərəf bundan yararlanmayacaq. Təbii ki, Azərbaycan –Ermənistan müharibəsi havadarsız baş verərsə, torpaqların azad edilməsi o qədər də uzaqda olmayacaq”, - deyə o vurğulayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR