“Zəlzələ olacağını demişdim, kaş, haqlı olmazdım” – Türkiyəli mütəxəssis

“Zəlzələ olacağını demişdim, kaş, haqlı olmazdım” – Türkiyəli mütəxəssis

"Bu bölgədə böyük zəlzələ ola biləcəyini, bunu tarixi proseslərin göstərdiyini demişdim. Səhər səlahiyyətlilərlə danışanda mənə "haqlı imişsən” dedilər. Kaş, haqlı olmazdım”.

 

Sfera.az bildirir ki, bunu zəlzələ üzrə mütəxəssis, türkiyəli professor Şükrü Ersoy deyib. O, sözügedən açıqlamanı 20 gün qabaq verdiyini bildirib:

 

“Mən Hataylıyam, hazırda dağıntılar içində qalan yaxınlarım da var. 20 gün əvvəl Hatayda zəlzələ ilə bağlı konfransda böyük zəlzələnin ola biləcəyini demişdim. Bu zəlzələni “Kahramanmaraş-Hatay zəlzələsi” də adlandırmaq olar. Çünki Hatayda da böyük dağıntılar var. Gözlədiyimizdən də böyük zəlzələ oldu”.

 

Qeyd edək ki, Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə nəfərə çatıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR