Logo

Ermənilər Laçında yeni qəsəbə saldı-VİDEO

Ermənilər Laçında yeni qəsəbə saldı-VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarının erməniləşdirilməsi siyasətinə davam edir.

Sfera.az AzVisiona.az-a istinadən xəbər verir ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonunun guya Ermənistana aid olduğunu dünya ictimaiyyətinə sübut etmək məqsədilə, ermənilərin həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, dini, mədəni abidələrin adlarını dəyişmək və ya üzərinə xaç vurmaqla saxtalaşdırdığı hər birimizə məlumdur.

Bu gün ermənilər, eyni niyyətlə torpaqlarımızda süni məskunlaşdırma həyata keçirirlər. İstər Ermənistan ərazisindən olan, istərsə də İraq və Suriyadan qaçan erməni ailələri işğal edilmiş torpaqlarımızda yerləşdirilir.

Bir müddət əvvəl, ermənilər işğal etdikləri Laçın rayonunun Zabux kəndi ərazisində

Ariavan adlı yeni qəsəbə salıblar. 50 evdən ibarət qəsəbə Livan ermənilərinin maliyyəsi hesabına inşa edilib.

Evlər günəş enerjisi ilə qızdırılacaq. Burada yerləşdirilən ailələrə əlavə yardım da veriləcək. Bu üsuldan qondarma rejim işğal altında olan ərazilərdə yaşamaqdan imtina edən erməniləri cəlb etmək üçün istifadə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR