Fotoqraf saxlanıldı - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Fotoqraf Vəli Şükürov saxlanılıb.
Sfera.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, 27 saylı polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev "Qafqazinfo"ya açıqlamasında fotoqrafın saxlanıldığını təsdiqləyib:
"Saxlanılıb. Araşdırma aparılır. Onun saxlanılmasında siyasi motiv yoxdur".






