Logo

İrandan Azərbaycana qaçanlar saxlanıldı - FOTO

İrandan Azərbaycana qaçanlar saxlanıldı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İrandan qanunsuz yollarla Azərbaycana gələnlər saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Sfera.az-a verilən xəbərə görə, hadisə fevralın 2-də saat 16:25-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan İslam Respublikası vətəndaşları 20 yaşlı Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 17 yaşlı Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İrandan Azərbaycana qaçanlar saxlanıldı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR