Logo

Bakıda dəhşətli qəza, şirkət əməkdaşı öldü - VİDEO

Bakıda dəhşətli qəza, şirkət əməkdaşı öldü - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dünən saat 19 radələrində Bakı şəhər Nərimanov rayonu ərazisində ağr qəza baş verib.

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Z.Bünyadov prospektindən Böyükşor istiqamətinə gedən yolda 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı yüksək sürətlə idarə etdiyi “Hyundai Tucson” markalı avtomobillə hərəkətdə olarkən əks yola çıxıb. İdarəetmədən çıxaraq bardürü aşıb əks tərəfə keçən maşın 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi “Hyundai Accent”in üstünə çıxıb.

Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Qəzada vəfat edən S.Qurbanov “Azərsun” şirkətində ekspeditor vəzifəsində işləyirmiş.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Bakıda dəhşətli qəza, şirkət əməkdaşı öldü - VİDEO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR