Vilayət Eyvazov İnterpolun Bakı mərkəzinə yeni rəis TƏYİN ETDİ
Kateqoriya məlum deyil
Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosuna yeni rəis təyin olunub.
Sfera.az xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovniki Zamin Həsənov təyinat alıb.
Məlumatı DİN Mətbuat Xidmətinin Şöbə rəisi Elşad Hacıyev saytımıza təsdiq edib.
Qeyd edək ki, Z.Həsənov bu təyinata qədər DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi olub.






