Logo

Naxçıvan Universitetində Gənclər Günü belə qeyd olundu – FOTO 

Naxçıvan Universitetində Gənclər Günü belə qeyd olundu – FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Naxçıvan” Universitetində “2 Fevral – Azərbaycan Gəncləri Günü” elmi-praktik konfransı keçirilib.

Sfera.az xəbər verir ki, konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib.

Məhz Ulu Öndər Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

Bu gün Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdıran N.Əliyeva gənclərin milli ruhda tərbiyəsinin daima diqqət mərkəzində saxlanıldığını qeyd edib.

“Bizim istedadlı gənclərimiz çoxdur” - deyən rektor Azərbaycan gəncliyinin Vətənə, adət – ənənəyə, xalqımızın gözəl dəyərlərinə bağlı olduğunu vurğulayıb.

“Gənclik sabaha ümid və inam deməkdir” adlı məruzə ilə çıxış edən “Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli isə bildirib ki, universitetdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl, sistemli tədbirlər görülüb və bunun müqabilində bir çox nailiyyətlər əldə olunub.

Ali təhsi ocağının “İdarəetmə” və “Pedaqoji” fakültəsinin tələbələri Oğuz Məmmədov və Zeynəb İlyasova bildiriblər ki, bu gün Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Bu diqqət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub. Hazırda isə bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Artıq bizim də yeni hədəflərimiz var.

Hədəflərimizdən biri də ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil etməkdən ibarətdir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR