Dəhşətli cinayətin TƏFƏRRÜATI: "WhatsApp"da arvadı ilə taksi sürücüsünün şəklini görübmüş

Dəhşətli cinayətin TƏFƏRRÜATI: 

Tovuzda arvadını öldürən şəxsə hökm oxunub.

 

Sfera.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Tovuz rayonu Hacallı kənd sakini Nicat Əhmədov arvadı Nuranə Əhmədovanın taksi sürücüsü Bayraməli ilə sevgi münasibətlərinin olduğundan şübhələnib. Qohumları Nicata arvadının ev işləri ilə məşğul olmadığını və gün ərzində telefonla çox danışdığını deyiblər. 

 

Nicat ilk növbədə taksi sürücüsü Bayraməli ilə görüşüb, onunla arvadı arasında sevgi münasibəti olub-olmadığını soruşub. Bayraməli isə belə bir şeyin olmadığını deyib. Mübahisə etdikdən sonra taksi sürücüsü həmin ərazidən qaçıb.

 

Mübahisə bitdikdən sonra Nicat evə gedib və arvadı Nuranə ilə danışmağa başlayıb. Nuranə Bayraməlinın ona hədə-qorxu gəldiyini deyib. Ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin onunla ilə cinsi əlaqədə olmadığını bildirib. Əri Nicat isə Nuranənin sözlərinə inanmayıb.

 

Ertəsi gün arvadı Nuranənin mobil telefonunu götürən Nicat "WhatsApp"a daxil olub və həyat yoldaşının Bayraməli ilə yazışmalarını, eyni zamanda onların çılpaq fotolarını da görüb. Nicat həmin şəkillə bağlı Nuranədən soruşub. Nuranə isə şəkilin montaj olduğunu deyib. Nuranə ərinə "yaxşı edib gəzirəm, öldürürüsən öldür" sözlərini deyib. Nicat soyuducudan götürdüyü bıçaqla arvadı Nuranənin boğazını kəsib. Daha sonra ona 25 bıçaq zərbəsi vuraraq amansızlıqla qətlə yetirib. 

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qətli törədən Nicat Əhmədov saxlanılıb.

 

Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən Nicat Əhmədov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Nicatla Nuranə 2015-ci ildə ailə həyatı qurublar. Onların 2, 3 və 5 yaşlı üç övladları var.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...