Deputatlardan İranın mümkün terror ehtimalı ilə bağlı AÇIQLAMA – “Metropolitendə, avtobuslarda və...”

Deputatlardan İranın mümkün terror ehtimalı ilə bağlı AÇIQLAMA – “Metropolitendə, avtobuslarda və...”

Bir neçə gün öncə İrandakı səfirliyimizdə törədilən terror aktından sonra Azərbaycanda da mühafizə sisteminin gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilir.

 

Maraqlıdır, hazırda belə bir zərurət varmı? Varsa, əsas diqqət mərkəzində olacaq məkanlar hansılardır?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Aydın Mirzəzadə Azərbaycanda təhlükəsizliyin təmin olunduğunu deyib:

 

"Azərbaycanda təhlükəsizliyin təmin olunduğunu düşünürəm. Azərbaycanda sərhəd təhlükəsizliyi, ictimai təhlükəsizlik yetərli səviyyədədir və xarici qüvvələrin ölkəyə qeyri-qanuni daxil olmasının qarşısının alınması üçün dövlətimiz tərəfindən işlər görülür. Vaxtaşırı olaraq müvafiq dövlət qurumları bununla bağlı Azərbaycan ictimaiyyətinə məlumat verirlər. Azərbaycana qarşı təxribat törətmək istəyən istənilən ölkəyə qarşı müvafiq addımlar atılır. İranın təxribata əl atıb-atmayacağını isə gələcək göstərəcək. İstənilən anti-Azərbaycan qüvvə bizə qarşı addım atacaqsa, cavabını alacaq".

 

Millət vəkili Arzu Nağıyev isə saytımıza açıqlamasında bildirib ki, ölkədə mühafizə sistemini yalnız xüsusi geyimli insanlar həyata keçirmir:

 

“Bu məsələlər təkcə kameralar vasitəsi ilə tənzimlənmir. Məktəb, universitet kimi insanların daha çox toplaşdığı ərazilərdə mütləq şəkildə nəzarət təşkil edilir. Ola bilsin ki, adi vətəndaşlar mühafizə sisteminin yalnız uniformada olan şəxslər tərəfindən təşkil edildiyini düşünür, lakin xüsusi forma geyinmədən də bizim təhlükəsizliyimizi qoruyan şəxslər var. Bundan başqa sərhəddə bu xüsusda işlər görülməkdədir”.

 

Müsahibimizin sözlərinə görə, ictimai nəqliyyatda mühafizə sisteminin gücləndirilməsi üçün ciddi işlər görülür:

 

“Düşünürəm ki, Azərbaycanda xüsusi xidmət orqanları, mühafizə orqanları təhlükəsizliyin qorunması ilə bağlı ciddi addımlar atır. Lazım gələrsə, gücləndirilmiş iş rejiminə də keçmək olar, amma hələlik buna ehtiyac yoxdur. Hazırda ölkəmizdə ən həssas nöqtələr kimi metropolitendə, avtobuslarda təhlükəsizliyin qorunması yolunda çox ciddi addımlar atılmaqdadır”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...