“Google”dan istifadəçilərinə XƏBƏRDARLIQ: "Məlimatları köçürün, əks halda..."

“Google”dan istifadəçilərinə XƏBƏRDARLIQ:

“Google Optimize” və “Optimize 360” xidməti 2023-cü ilin sentyabrında bağlanacaq. 


Sfera.az xəbər verir ki, bununla bağlı rəsmi qurumdan açıqlama verilib. 


“Google Optimize” veb saytların optimallaşdırılması, sınaqdan keçirilməsi və analitika alətidir. Bu xidmət 2012-ci il iyunun 1-də “Google Website Optimizer” əsasında istifadəyə verilib. Xidmət saytın fərdiləşdirilməsini sınamağa imkan verir. O, “Google Analytics” ilə inteqrasiya olunub. 


“Google” bütün istifadəçilərə tövsiyə edir ki, alətin bağlanma tarixindən əvvəl xidmətdən məlumatlarını köçürsünlər. Əks halda həmin məlumatlar itəcək. 


“Google” hesab edir ki, “Google Optimize”in hazırkı versiyası müştərilər tərəfindən zəruri və tələb olunan səviyyədə istifadə olunmayıb. Buna görə də şirkət diqqətini “Google Analytics 4”ə yönəltmək qərarına gəlib. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR