“Naxçıvanbank” ASC-nin gələcək inkişaf strategiyası

“Naxçıvanbank” ASC-nin gələcək inkişaf strategiyası

“Naxçıvanbank” ASC Naxçıvan Muxtar Respublikasında və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərməkdə davam edir. 

 

Sfera.az xəbər verir ki, “Naxçıvanbank” ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir.

 

Hazırda bank ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyədə xidmət göstərir.


Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın Naxçıvan filialı əsaslı təmir edilib və müasir standartlara cavab verəcək şəkildə yenilənərək əhalinin istifadəsinə verilib.

 

Hazırda şəhər daxilində yerləşdiyi əlverişli mövqe və yenilənən görünüşü ilə bankın Naxçıvan filialı xidmət keyfiyyətini daha da artırıb.
 

“Naxçıvanbank” ASC-nin hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Baş ofis, 6 filial, 2 mübadilə məntəqəsi, həmçinin paytaxt Bakı şəhərində 1 filial  və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir. Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunmasını hədəfləyən Naxçıvanbank, bu istiqamətdə mühüm layihələr üzərində çalışır.


Naxcivanbank.az saytına daxil olmaqla müştərilər onlayn bankçılıq xidmətlərindən yararlana bilərlər.


Saytda təqdim olunan müvafiq bölmələrə daxil olmaqla müştərilər Naxçıvanbankın filiallarının, ATM-lərinin yerləşdiyi ünvanlar, fərdi və korporativ bankçılıq, kommunal ödənişlər, kredit və əmanət şərtləri, eləcə də yeni kampaniyalarla bağlı ətraflı məlumat əldə edə bilərlər. 

 

Müştərilər onları maraqlandıran suallar, təklif və şikayətləri ilə bağlı müraciətlər bölməsinə daxil olmaqla bankla əlaqə yarada bilərlər.


OXŞAR XƏBƏRLƏR

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.   Sfera.az bildirir ki, O, &ldquo...