"Azərbaycanda "prava" almaq çox asandır, 1300 manat verirsən və..." - VİDEO

Cəmiyyət
16:55 / 23.01.2023
19477
Bakıya gələn türkiyəli bloger Azərbaycanda sürücülük vəsiqəsi almağın yollarından danışıb.
Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, bloger paylaşımında,"Azərbaycanda sürücülük vəsiqəsi almağın iki yolu var. Bunlardan biri eynilə Türkiyədə olduğu sistem kimi 300-400 AZN verib kursa gedirsiniz daha sonra isə sınağa girib vəsiqənizi alırsınız. Digər yolu isə 1300 AZN verib səhəri gün gedib sürücülük vəsiqəsinizi əldə edirsiniz" - deyə bildirib.