Logo

Azərbaycanlı şairə vəfat etdi - FOTO

Azərbaycanlı şairə vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Yazıçılar Birliyinin Şirvan bölməsinin üzvü, şairə Solmaz Şirvanlı (Solmaz Ağaxan qızı Ədilova) dünyasını dəyişib.

Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Qeyd edək ki, Solmaz Ağaxan qızı Ədilova 1955-ci il fevralın 1-də Şamaxı rayonunun Ovculu kəndində dünyaya göz açıb. 1972-ci ildə orta məktəbi bitirib. 1994-1995-ci illərdə Musa Yaqubun redaktor olduğu "Cavanşir yurdu" rayon qəzetində çalışıb.

Ədəbi yaradıcılığa 1977-ci ildən başlayıb, ilk şeiri "Yeni Şirvan" qəzetində çap olunub.

Onun şeirləri "ZİRVƏ" Poeziya antologiyasında (2015-2020), "Sazlı-sözlü Borçalı" (2018-2020) və "Canım Azərbaycanım" (2019-2020) ədəbiyyat qəzetlərində drəc olunub.

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR