Logo

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs SAXLANILDI - FOTO

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs SAXLANILDI - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nərimanov rayonunda azyaşlıya qarşı qeyri-etik hərəkətlər etməkdə şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə müəyyən edilib.

DİN-in mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, naməlum şəxs məktəbdən evə qayıdan azyaşlıya yaxınlaşaraq onu kənardakı mağazaya aparmaq istəyib. Məktəbli isə onun təklifini rədd edib.

Azyaşlıya qeyri-etik hərəkətlər edən şəxs SAXLANILDI - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR