Logo

DTX-nin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət etdi

DTX-nin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarlarına qərənfillər düzüblər.

Sfera.az xəbər verir ki, sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR