20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu - FOTOLAR

12:05 / 20.01.2023
14101
Bu gün saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycan ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb.
Sfera.az-ın məlumatına görə, nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.
20 Yanvar - Ümumxalq Hüzn Günü münasibətilə Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.
Fotolar: Anar Bayramlı