Logo

İlahiyyatçının məhkəməsi başa çatdı

İlahiyyatçının məhkəməsi başa çatdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İlahiyyatçının məhkəməsi başa çatdı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri işləmiş Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Növbəti iclasda E.Mustafaoğluna cəza istəniləcəyi gözlənilir.

Məhkəmə prosesi oktyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR