Zakir Həsənov Özbəkistana gedib
Kateqoriya məlum deyil
Oktyabrın 4-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovunrəhbərlik etdiyi nümayəndə heyətinin Özbəkistana rəsmi səfəri başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, səfər çərçivəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulub.






